Tehranda Asiya Əməkdaşlıq Dialoq Forumunun xarici işlər nazirlərinin 19-cu iclası yerli və xarici rəsmilərin iştirakı ilə keçirilir.
Bununla bağlı Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri bildirib: “Biz Tehranda Asiya Dialoq Forumunun (ACD) nazirlər toplantısına evsahibliyi etməkdən və bu toplantıya sədrlik etməkdən qürur duyuruq.”
O əlavə edib: “Bu iclasda nazirlərdən və beynəlxalq təşkilatların nümayəndələrindən ibarət 41 nümayəndə heyəti iştirak edəcək.”
İRNA-nın məlumatına görə, bu tədbir Asiya ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün platforma yaradır və Asiya ölkələrinin çoxtərəflilik və inklüzivlik istəyini göstərir.
Sizin rəyiniz